...

ARDNŞ Bakı NEZ-lərinin təkmilləşdirilməsini aparır

Energetika Materials 18 İyun 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.İsmayılov /

"ARDNŞ-ın tərkibinə daxil olan Heydər Əliyev adına NEZ kokslaşdrıma qurğusunda idarəetmənin yeni kompyuter sisteminin tətbiqini həyata keçirir. İşlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır", - cümə axşamı ARDNŞ-da məlumatı olan mənbə bildirib. Yeni sistemin qurulması üzrə işlərə keçən ildən başlanılıb.

İdarəetmənin yeni kompyuter sisteminin tətbiqində məqsəd işlərin etibarlılığının təmin edilməsi, texnoloji əməliyyatların təhlükəsiz və dəqiq yerinə yetirilməsidir.

"Bu qurğuda işlər davam etdirilir və onun ilin sonuna qədər başa çatdırılması planlaşdırılır", - mənbə bildirib.

Kokslaşdırma qurğusu neft koksunun alınması, ağır qalıqlardan yüngül neft məhsullarının əlavə həcminin istehsalı üçün lazımdır.

Bir müddət əvvəl zavod bu prosesin realizəsi üçün demək olar ki, bütün lazımi avadanlıqları alıb. Bu layihə çərçivəsində sifariş verilən bütün avadanlıq Amerikanın Honeywell şirkətinin istehsalıdır.

Honeywell sənaye obyektlərinin avtomatlaşdırılması və istismarı üçün texnologiya və avadanlıqlarla təmin edir. Bu şirkətin avtomatlaşdırma sistemləri Rusiyanın ən böyük 13 neft emalı zavodlarından 12-də quraşdırılıb.

Mənbənin sözlərinə görə, digər qurğu - katalitik reforminq qurğusunda idarəetmənin kompyuter sisteminin tətbiqi bu ildə başlanılmayacaq. Bu qurğudakı işlər 2010-cu ilə qədər ertələnib.

Katalitik reforminqin quraşdırılması yüksəkoktanlı avtomobil benzinlərinin, aromatik karbohidrogenlərin və hidrogenli qazın alınması üçün benzin fraksiyalarının yüksək təzyiq altında katalitik emalı üçün lazımdır.

Azərbaycanda cəmi iki Neft Emalı Zavodu (NEZ) mövcuddur - bu, Heydər Əliyev adına NEZ və Azneftyağ NEZ-dir. Birinci NEZ-də əsasən ağ, ikincisində qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton nefti emal edən ARDNŞ-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti