...

Türkmənistan ixrac etdiyi elektrik enerjisinin həcmini artırmağı planlaşdırır

Energetika Materials 22 İyun 2009 16:26 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 22 iyun / Trend , müxbir H.Həsənov /

Əfqanistan, İran, Türkiyə və Mərkəzi Asiya ölkələrinə elektrik enerjisi ixrac edən Türkmənistan cari ildə ixrac həcmini iki milyard 600 milyon kilovat/saata qədər artırmağı planlaşdırır ki, bu da əvvəlki illərdəki göstəricidən çoxdur. Bu barədə Türkmənistanın rəmi mənbələrindən bildirilir.

Yaxın illərdə Türkmənistan perspektiv bazarlar qismində Avropa və Cənub-Şərqi Asiya ölkələrini nəzərdən keçirəcək. 2009-cu ildə Türkmənistanda elektrik enerjisinin istehsalı 15 milyard 800 milyon kilovat/saat təşkil edir.

Türkmənistan hazırkı mərhələdə praktiki olaraq bütün böyük yaşayış mərkəzlərində elektrik enerjisi təchizatı sistemlərinin müasirləşdirilməsini aktivləşdirib. "Avaz" yeni kurort zonasının infrastrukturunun təchiz edilməsi üçün Xəzərin sahilində yeni elektrik stansiyası inşa ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti