...

Ukraynada Azərbaycan neftinin emalı sərfəli və perspektivlidir - Ukrayna Prezidentinin xüsusi nümayəndəsi

Energetika Materials 2 İyul 2009 13:36 (UTC +04:00)

Ukrayna, Kiyev, 01 iyul / Trend , müxbir A.Qasımov /

Azərbaycan neftinin bir neçə Avropa ölkəsi ilə həmsərhəd olan Ukraynada emalı sərfəli və perspektivlidir, çərşənbə günü Ukrayna Prezidentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Boqdan Sokolovski Trend -ın xüsusi müxbirinə deyib.

"Son iki ildə ARDNŞ Ukraynaya beş milyon tona qədər neft göndərilməsinə hazır olduğunu bildirib. Əlbəttə, belə potensial və ehtiyat Ukraynanı maraqlandırır", - Sokolovski deyib.

Onun sözlərinə görə, ARDNŞ-lə Ukraynada neft məhsullarının istehsalı haqda danışıqlar gedir.  "Hələ Odessa-Brodı neft-kəməri revers rejimdə istifadə olunur, bizim bu fürsətdən tam olaraq istifadə etmək imkanımız yoxdur," - Sokolovski bildirib.

Ukraynada ARDNŞ mütəxəssisləri tərəfindən neft emalı zavodlarının (NEZ) yaradılması üzrə aparılan araşdırmalar iki istiqamətə yönəlib, Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk əvvəllər deyib. Bu araşdırmalar Ukraynada neftin birgə istifadəsi və emalı üzrə aparılır.

"Azərbaycan mütəxəssisləri hazırda "Qalıçin" və "Prikarpatya Neft-kimyaçıları" NEZ-in imkanlarını tədqiq edirlər. Həmçinin Herson NEZ-in imkanlarının tədqiqi də davam edir", - o deyib.

ARDNŞ-in yüksək vəzifəli nümayəndəsi bildirib ki, Ukrayna tərəfinin neftin birgə istifadəsi və emalı üçün ARDNŞ-ə təklif etdiyi NEZ şirkətin tələblərinə cavab vermir.

"Ukrayna bizə birgə istifadə, emal və sərmayə yatırımı üçün bir neçə zavod təklif edir, lakin onların hamısı Ukrayna ərazisinin içərilərində yerləşir. Bu bizim üçün münasib deyil. Ukrayna ərazisinin içinə neft daşımaq, sonra isə neft məhsullarını yenidən dənizə daşımaq sərfəli deyil", - mənbə bildirib. 

ARDNŞ-ə neft məhsullarını daha asan və ucuz realizə etmək üçün dəniz sahilində yerləşən NEZ-lər sərf edir. Ukrayna tərəfindən dəniz sahilində yerləşən obyektlər təklif olunduğu halda şirkət onlarla birgə işləyə bilər. 

Xəbər lenti

Xəbər lenti