...

Azərbaycan bu il "AÇG" yatağından 3 milyard kubmetr səmt qazı əldə etmək niyyətindədir

Energetika Materials 6 İyul 2009 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir S.Əliyev /

Hazırda Azərbaycan BP-nin operatorluğu altında Xarici Şirkətlər Konsorsiumu ilə (ARDNŞ-nin iştirakı ilə) "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yatağı blokunda hasil edilən 11-12 milyon kubmetr qaz əldə edir. Bu barədə Azərbaycanın neft-qaz sənayesindəki mənbədən bildirilib.

"Sutkalıq tədarüklər həcmi nöqteyi nəzərindən yanaşsaq, bu yataqdan qaz tədarükünün illik həcminin proqnozlaşdırılan həcmi ötəcəyini güman etmək olar", - deyə mənbədən bildirilib.  

Bu il ərzində Azərbaycana BP şirkətinin bu yataqlardakı işlər çərçivəsində hasil edilən 1,5 milyard kubmetr səmt qazı tədarük edəcəyi güman edilirdi.

Azərbaycanın neft-qaz sənayesinin nümayəndələrinin sözlərinə əsasən, bu il respublika üç milyon kubmetr qaz əldə etmək niyyətindədir. 

2008-ci ildə Azərbaycan "AÇG"-dən 2,1 milyard kub metr səmt qazı əldə edib.  

2009-cu ildə BP səmt qazını üç platformadan ("Mərkəzi Asiya", "Qərbi Azəri" və "Şərqi Azəri") 28 düymlük sualtı qaz kəməri ilə Sanqaçal terminalına və ölkənin daxili istehlakı üçün "Azəriqaz" sisteminə ixrac etməyi davam etdirir. 

"Çıraq" yatağında hasil edilən səmt qazının bir hissəsi əvvəlki kimi mövcud 16 düymlük sualtı qaz kəməri ilə ARDNŞ-nin "Neft Daşları"ndakı kompressor stansiyasına nəql edilir. Qalan hissə isə "AÇG" platformasından mədəndaxili kəmərlər vasitəsilə qazın sıxılması, təbəqəyə təkrardoldurma və təbəqə təzyiqinin saxlanılması üzrə suyun təzyiqlə vurulması üçün platformaya göndərilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti