Gürcüstan, Tbilisi, 08 iyul / Trend , N.Kirtsxalia /
Rusiya qazının Gürcüstan ərazisilə Ermənistana İyulun 8-də dayandırılmış nəqli bu gün səhər bərpa olunub. Gürcüstanın Neft və Qaz Korporasiyasından verilən məlumata görə, qazın nəqli Ermənistanda qazölçən stansiyanın təmiri ilə əlaqədar olaraq dayandırılmışdı.
Qazın daşınması üzrə mütəxəssislər erməni həmkarları ilə birlikdə stansiyada bütün texniki işləri operativ surətdə yerinə yetirdikdən sonra qazın nəqli bərpa olunub.
Məqalə müllifi ilə əlaqə: [email protected]