...

SOCAR aviasiya kerosininin ixracını artırıb

Energetika Materials 10 İyul 2009 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) neft emalı zavodlarından (NEZ) birinci yarımildə 1 milyon tondan çox neft məhsulları ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 1,18 milyon ton olub.

İyunda MİƏİ təqribən 160 min ton neft məhsulları ixrac edib.

Azərbaycanda neft məhulları məcmu gücü ildə 20 milyon ton olan iki Bakı NEZ-in bazasında istehsal olunur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 7 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

SOCAR-ın neft məhsulları ixracı cədvəli:

Neft məhsulları

Yanvar-iyun 2009

min ton

Yanvar-iyun 2008

min ton

Dizel yanacağı

746,9

656,6

Mazut

33,12

214,4

Avtomobil benzini

114,65

183,7

Aviasiya kerosini

195,7

128,2

Sürtkü yağı

0

0

Bitum

0

0

Xəbər lenti

Xəbər lenti