...

"Nabukko" yerindən tərpənib - Trend Capital-ın icmalçısı

Energetika Materials 14 İyul 2009 13:38 (UTC +04:00)
"Nabukko" yerindən tərpənib - Trend Capital-ın icmalçısı

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A. Bədəlova /

"Nabukko" qaz kəməri layihəsi asta-asta, amma düzgün istiqamətdə irəliləyir. Aİ və Türkiyə arasında imzalanmış hökumətlərarası müqavilə əsasında boru kəmərinin tikintisi üçün hüquqi normaların yaradılması layihənin başlıca problemlərindən biri - boru kəmərinin doldurulmasının həlli yolunda ilk addım ola bilər.

Nabucco Gas Pipeline International-ın idarə direktoru Reynhard Mitçekin sözlərinə görə, hazırda layihə möhkəm hüquqi bazaya malikdir və bütün istehlakçı şərtləri üçün qazın bərabərhüquqlu və transparent tranziti üçün zəmanəti təmin edə bilər.

Tranzit müqaviləsini Ankarada Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya və Türkiyənin Baş nazirləri imzalayıb. "Nabukko" layihəsinin iştirakçılarından yeganə olaraq Almaniya müqaviləni imzalamayıb, çünki ölkə tranzit ölkəsi deyil.  

Bu müqavilənin əhəmiyyəti çox yüksək qiymətləndirilir, çünki layihənin həyata keçiriliməsində yeni mərhələnin başlanğıcı olacaq. Avropa Komissiyasının sədri Joze Manuel Barrozun sözlərinə görə, bu müqavilə yaxın aylarda Aİ və Türkiyə arasında əməkdaşlıq sahəsində yeni səhifə açacaq.

Nabucco Gas Pipeline International-ın məlumatında deyildiyi kimi, imzalanmış sənəd sonrakı 50 ilə layihənin hüquqi əsaslarını təmin edəcək. Əldə olunmuş sazişə əsasən, boru kəmərinin 50 faizlik buraxılış qabiliyyəti layihənin səhmdarlarına məxsus olacaq. Qalan 50 faiz isə üçüncü ölkələr üçün açılacaq. Bundan başqa, müqavilə nəqliyyat tariflərinin metodologiyasını yaradır və bazarın bütün iştirakçılarına bərabərhüquqlu giriş zəmanəti verir.    

Hökumətlərarası müqavilənin imzalanması layihənin digər mühüm problemi - onun maliyyələşdirilməsinin həllini asanlaşdıracaq. Layihənin iştirakçılarından biri RWE alman şirkətinin biznesin inkişafı üzrə rəhbəri Ceremi Ellisin daha əvvəl bildirdiyi kimi, müqavilə boru kəmərinin inşasına böyük sərmayənin cəlb edilməsi üçün yaxşı əsas olacaq. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İnvestisiya Bankı (AİB) layihəyə dəstək göstərmək üçün hazır olduqlarını bildiriblər. 200 milyon avro məbləğin həm də Avropa İttifaqı tərəfindən maliyyələşəcəyi gözlənilir.

Beləliklə, hökumətlərarası müqavilənin imzalanması "Nabukko" layihəsinin həyata keçirilməsi yolunda uğurlu addım sayıla bilər. Bir gün əvvəlki imzalanma layihəyə daha bir zəruri təkan verdi. Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, ölkə daha güzəştli şərtlərlə qazın böyük hissəsinin alınmasını tələb etməyəcək. Məlum olduğu kimi, Türkiyə "Nabukko" ilə ixrac edilən, nəticədə Avropa bazarlarında satışa toplanacaq qazın 15 faizini almaqda təkid edirdi. Bu tələblə Türkiyə layihə iştirakçıları arasında müqaviləyə nail olmaq prosesini nəzərəçarpacaq dərəcədə ləngidirdi və beləliklə, onun reallaşmasını yubadırdı.

Gözlənildiyi kimi, kəmərin doldurulması məsələsini həll edəcək open season prosesi layihənin həyata keçirilməsinin növbəti mərhələsi olacaq. Növbəti addım AİB, AYİB, Beynəlxalq Valyuta Fondu, eləcə də ixrac kredit agentlikləri kimi maliyyə institutları ilə formal danışıqların başlaması və detallı injiniriqin başa çatması olacaq.

"Nabukko" qaz kəməri layihəsi Xəzər regionundan qazı Aİ ölkələrinə ixrac etmək üçün nəzərdə tutulub, dəyəri 7,9 milyard avrodur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumınyanın Transgaz, Türkiyənin Botas и Almaniyanın RWE şirkətləridir. Boru kəməri üçün təchizatın əsas mənbələri kimi, Azərbaycan, Türkmənistan, eləcə də İraq nəzərdə tutulur. Türkiyə layihənin həyata keçirilməsində İranın da iştirak etməsi mövqeyindən çıxış edir. ABŞ isə öz növbəsində layihənin iştirakçısı kimi Rusiyanı görmək arzusundadır.

Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Boru kəməri üzrə ilkin mərhələdə təxminən 8-9 milyard kubmetr qaz vurulması planlaşdırılır.

Qaz kəmərinin inşasına 2011-ci ildə, ilkin ixracata isə 2014-cü ildə başlanılması planlaşdırlır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti