...

BEA 2009-cu ildə eneji sektorunda investisiyaların kəskin azalacağını proqnozlaşdırır

Energetika Materials 15 İyul 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , A.Bədəlova /

Beynəlxalq Energetika Agentliyi ( BEA) 2009-cu ildə bir cox regionlarda enerji sektorunda investisiyaların kəskin azalmasını proqnozlaşdırıb. 

Bu il enerji şirkətləri neft-qaz quyularının qazılması, neft emalı zavodları, boru kəmərləri və su-elektrik stansiyaların tikintisinə xərcləri nəzərəcarpacaq dərəcədə azaldıb, BEA-nın rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir.

Bir çox layihələrin həyata keçirilməsi ləngiyib, onların bəziləri maliyyə vəsaitinin azlığına və gəlirliliyin yenidən qiymətləndirilməsinə görə təxirə salınıb, BEA-nın bəyanatında deyilir. Xüsusilə, neft-qaz sektorunda neftin qiymətinin aşağı olması ilə bağlı daima layihələrin təxirə salınması müşahidə olunur.

BEA-nın hesablamalarına görə, 2009-cu ildə neft-qaz sektorunda beynəlxalq sərmayələr 2008-ci il ilə müqayisədə 21 faiz, yəni təxminən 100 milyard dollar azalıb.

BEA OPEK-ə daxil olmayan ölkələrdə də bu il investisiyaların həcminin azalacağını proqnozlaşdırır.

BEA-nın proqnozlarına görə, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələrin həcmi də bu il 38 faiz azalacaq, lakin hökumət tərəfindən görülən stimullaşdırıcı tədbirlər bu azalmanı bir az kompensasiya edə bilər.

"Bir neçə aylıq və hətta bir neçə illik istehsala qoyulan sərmayələrin davamlı olaraq azalması istehsal obyektlərinin defisitinə və enerji daşıyıcılarının qiymətinin növbəti dəfə qalxmasına gətirib çıxara bilər. İqtisadiyyat nə qədər tez bərpa olunarsa, belə bir ssenarinin ehtimalı bir o qədər çox olacaq", BEA-nın bəyanatında belə deyilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti