...

ARDNŞ Azərbaycanda neft hasilatını artırmağı davam etdirir

Energetika Materials 15 İyul 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Birinci yarımildə ARDNŞ-in Neft-Qaz Hasilatı İdarəsi ölkənin offşor və onşor yataqlarında təxminən 26,6 milyon barel neft (3,6 milyon tondan çox) hasil edib. Bu göstərici 2008-ci ilin yanvar-iyun aylarında 27,3 milyon barel təşkil edib, ARDNŞ-dən bildirilib.

ARDNŞ-in xarici şirkətlər ilə birgə layihələri təxminən yeddi milyon barel təşkil edir ki, bunun da 936,5 min bareli əməliyyat şirkətlərinin, 5,5 milyon bareli "Azəri-Çıraq-Günəşli", 585 min bareldən çoxu isə "Şah Dəniz" yatağının payına düşür.

ARDNŞ ötən ilin analoji dövründəki 3,8 milyard kubmetrə nisbətdə birinci rübdə dörd milyard kubmetr qaz əldə edib. ARDNŞ-in Neft-Qaz Hasilatı İdarəsi bu dövr ərzində 3.6 milyard kubmetr qaz hasil edib. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-iyun aylarında ARDNŞ-ə 35,1 milyon kubmetr qaz ötürüb.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün birinci yarım ildə təxminən iki milyard kubmetr səmt qazı hasil edib. Bu göstərici ötən ilin analoji dövründə 842 milyon kubmetr təşkil edib.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, onların da 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti