...

Türkiyə üçün Azərbaycan qazının qiymətinin dəyişdirilməsi ilə bağlı növbəti görüşün tarixi müəyyən olunub

Energetika Materials 20 İyul 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend /

Türkiyə üçün "Şah Dəniz" yatağından hasil edilən Azərbaycan qazının qiymətinin qaldırılması ilə bağlı növbəti görüş avqustun əvvələrində Naxçıvan Muxtar Respublikasında baş tutacaq, bu barədə ARDNŞ-in məlumatında deyilir. Görüş ARDNŞ və Türkiyənin Botas şirkətləri arasında keçiriləcək.   

Bu gün Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Türkiyə ilə bağlanan müqavilədə qeyd olunduğu kimi, "Şah Dəniz" yatağından hasil edilən qazın dəyəri məsələsinə tədarüklərin başlanmasından bir il sonra yenidən baxıla bilər, yeni qiymət 2010-cu ilin aprel ayının 15-dən hesablanacaq.

Müqaviləyə əsasən, Türkiyə "Şah Dəniz" yatağından bu layihənin işlənməsinin birinci mərhələsi çərçivəsində 6,6 milyard kubmetr qaz əldə etməlidir. Tərəfdaşlar tədarükün bu həcmini bu il əldə edəcəklər. 

"Şah Dəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə1996-cı ildə iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları : BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ- 10 faiz. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz təşkil edir.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti