...

JPMorgan 2010-cu ildə qazın qiymətinin artmasını gözləyir

Energetika Materials 27 İyul 2009 16:02 (UTC +04:00)
Dünyada iri ABŞ banklarından biri JPMorgan-ın proqnozuna görə, 2009-cu ildə qazın orta qiyməti min kubmetrə 166,15 dollar təşkil edəcək. Bu il qazın maksimal qiyməti 4-cü rübdə müşahidə olunacaq - min kubmetrə 196,67 dollar.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A.Bədəlova /

Dünyada iri ABŞ banklarından biri JPMorgan-ın proqnozuna görə, 2009-cu ildə qazın orta qiyməti min kubmetrə 166,15 dollar təşkil edəcək. Bu il qazın maksimal qiyməti 4-cü rübdə müşahidə olunacaq - min kubmetrə 196,67 dollar.

Bankın analitiklərinin proqnozuna əsasən, 2010-cu ildə qazın orta qiyməti min kubmetrə 218,35 dollar təşkil edəcək ki, bu da bankın bir müddət əvvəl proqnozlaşdırdığından 9,19 dollar çoxdur. Gələn ilin sonuncu rübündə qazın qiyməti min kubmetrə 238,94 dollar olacaq.

"Keçən ay 2010-cu ildə qazın qiymətləri üzrə proqnozumuzu artırmışdıq. İndi isə qiymətləri dəstəkləyən şəraitin yaranmasını gözləyirik", - JPMorgan-ın analitiklərinin məruzəsində deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti