...

ARDNŞ dənizdə yeni quyu istismara verib

Energetika Materials 30 İyul 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend /

ARDNŞ şirkətin sərbəst şəkildə işlətdiyi "8 mart" dəniz yatağında yeni neft quyusunu istismara verib, bu barədə ARDNŞ-in məlumatında deyilir. Bu quyu yataqda son 10 il ərzində istismara verilən ilk quyudur. 

Quyunun dərinliyi 5650 metr, sutkalıq debiti 70 ton neft və 12 min kubmetr qaz təşkil edir.

Ötən illər ərzində yataqda yeddi yüksək debitli dərin qaz kondensat quyusu istismara verilib. Hazırda bu quyuların sutkalıq debiti 500 min kubmetr qaz və 180 ton neft və kondensat təşkil edir.

"8 mart" yatağı ARDNŞ-in qaz proqramının həyata keçirilməsində böyük rol oynayır. Yataq "N.Nərimanov adına" Neft-Qaz Hasilatı İdarəsinin balansındadır.  NQHİ sutkada 1,3 milyon kubmetr qaz və 1100 ton neft hasil edir.

Xəbər lenti

Xəbər lenti