...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin nəqli artıb

Energetika Materials 17 Avqust 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend /

Yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə bir milyon ton "Tengiz" yatağından çıxarılan Qazaxıstan nefti daşınıb. Yanvar-iyunda bu göstərici 907,7 min ton olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.

2008-ci ildə (oktyabr-dekabr) BTC ilə 285,1 min ton Qazaxıstan nefti nəql olunub.

Keçən ilin oktyabrında Amerikanın ChevronTexaco şirkəti BTC ilə "Tengiz" neftinin daşınmasına başlayıb. Müqavilənin şərtlərinə əsasən, "Tengiz" nefti BTC və dəmir yolu ilə Gürcüstan limanlarına (Kulevi və Batumi) qədər daşınır. Neft nəqlinin həcminin ildə 4 milyon tonadək artırılması gözlənilir.

ChevronTexaco Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə ərazisinin işlənməsi ilə "TengizŞevroyl" əməliyyat şirkəti məşğul olur.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Gürcüstanın Qara dəniz terminalına Kulevidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Batumidə isə "QazMunayqaz" sahiblik edir.

Xəbər lenti

Xəbər lenti