Azərbaycan, Bakı, 19 avqust / Trend /
Yanvar-iyul aylarında ARDNŞ Azərbaycanın daxili bazarında 111 min ton avtomobil benizininin satışını həyata keçirib. Bu göstərici ötən ilin analoji dövründə 134 min ton təşkil edib. İyulda bu göstərici təxminən 14,6 ton təşkil edib, bu barədə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında deyilir.
2008-ci ildə Azərbaycanın daxili bazarında ARDNŞ şirkəti tərəfindən 229,1 min ton avtomobil benzininin satışı həyata keçirilib. 2007-ci ildə bu göstərici 222,892 min ton təşkil edib. 2006-cı ildə daxili bazarda 182 min ton avtomobil benizininin satışı həyata keçirilib.
Yanvar-iyul aylarında ölkənin daxili bazarında 198,5 min ton dizel yanacağının satışı həyata keçirilib, ötən ilin yanvar-iyul ayları ərzində bu göstərici 223 min ton təşkil edib. Kerosin satışının həcmi 8,3 min ton təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 11 min ton təşkil edib. Bu dövrü ərzində daxili bazarda soba mazutunun satışı 14,4 min ton həcmində həyata keçirilib. Ötən ilin yanvar-iyul ayları ərzində bu göstərici 18 min ton təşkil edib.
Azərbaycanın daxili bazarında neft məhsullarının satışının ümumi cədvəli:
Neft məhsulları (tonla) |
İyul |
Yanvar-iyul, 2009 |
Avtomobil benzini |
14,583 |
110,662 |
Dizel yanacağı |
35,598 |
198,535 |
Kerosin |
109 |
8,280 |
Soba mazutu |
2,916 |
14,403 |