...

ARDNŞ ilin sonuna qədər böyük layihə çərçivəsində nəzərdə tutulmuş geoloji işləri başa çatdıracaq

Energetika Materials 22 Avqust 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir E.İsmayılov /

"ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilin sonuna qədər Bakıda yerləşən Böyük Şor gölünün qurudulması çərçivəsində, torpağın üst qatının öyrənilməsi üzrə topoqrafik-geodezik işləri başa çatdırmağı planlaşdırır", - şənbə günü ARDNŞ-dəki mənbə deyib. Buradakı 50 hektar ərazidə yeni, müasir idman kompleksinin tikintisi planlaşdırılır.

"Bu layihə çərçivəsində işlər aparılır, kəşfiyyat quyuları qazılır və ilin sonuna qədər bütün işlərin başa çatdırılması mümkündür", - mənbə bildirib. Hazırda səthin hamarlaşdırılması üçün texnikanın gəlməsi gözlənilir.

Mənbənin sözlərinə görə, bu tədqiqatların aparılmasında əsas məqsəd - torpağın üst qatının öyrənilməsi, süxurun tədqiqatı və bu ərazidə möhkəm qruntun müəyyən edilməsidir.

ARDNŞ-nin öz rəsmi saytında yerləşdirdiyi məlumatda bir müddət əvvəl deyilirdi ki, bu ərazidə işləri ARDNŞ-nin Geologiya və Topoqrafiya İdarəsi aparır. Ərazidə 10 metr dərinliyində 28 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Daha 15 quyuda statistik tədqiqatlar və süxurların tərkibinin laborator yoxlamaları aparılacaq. Artıq qurudulmuş ərazilərdə qazma işləri aparılır və 16 quyu qazılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti