...

ABŞ Dövlət Departamentinin xüsusi səfiri Bakıda enerji məsələlərini müzakirə edəcək

Energetika Materials 27 Avqust 2009 12:06 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin xüsusi səfiri Bakıda enerji məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir C. Babayeva /

ABŞ-ın Enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstar cümə axşamı Bakıda neft və qazın regiondan Avropa və dünya bazarlarına nəqli difersifikasiyasının inkişafi sahəsində ABŞ-ın Azərbaycana dəstəyi məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Morninqstar birgünlük səfəri zamanı Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri və özəl sektorun nümayəndələri ilə görüşməyi planlaşdırır.

Regiona səfəri çərçivəsində o, Qazaxıstanda da səfərdə olub.

ABŞ-ın dövlət katibi bu ilin yazında  Morninqstarı enerji ehtiyatlarının inkişafı və nəqli məsələləri üzrə xüsusi səfir təyin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti