...

Azərbaycan qazının Çinə ixracı üzrə perspektivlər

Energetika Materials 25 Sentyabr 2009 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Bədəlova /

Son vaxtlar Azərbaycan, hasilatının əsas payı "Şah dəniz" yatağının payına düşən qazının tədürük marşrutlarına dair bir çox maraqlı təkliflər alıb. Bu yaxınlarda alınan təkliflərdən biri Qazaxıstanın "Qazaxıstan-Çin" boru kəməri ilə qaz nəqli layihəsində iştirak etmək təklifidir. Çin bazarının miqyasını və bu ölkədə qaz tələbatına olan proqnozları nəzərə alsaq təklif maraqlı görünür.

Azərbaycan qazının "Qazaxıstan-Çin" boru kəməri ilə nəql edilməsi sentyabrda Qazaxıstanın "KazMunayQaz" şirkətinin prezidenti Kairqeldı Kabıldinin ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı təklif edilib.

Asiya İnkişaf Bankının proqnozlarına əsasən, Çinin 2009-cu ildə iqtisadi artımı 8,2 faiz təşkil edib. Bankın proqnozlarına əsasən, 2010-cu ildə ÜDM-in artımı 8,9 faizə kimi artacaq. Çində inflyasiya son zamanlar 10-15 faizi ötmür.

Çinin makroiqtisadi göstəricilərinin ümumi cədvəli:

il

2007

2008

2009

2010

ÜDM (%)

13

9

8,2

8,9

İnflyasiya(%)

4,8

15 (yanvar-fevral)

8,6 (yanvar-fevral)

-

İqtisadi artımın cəld templəri ilə birgə, Çində qaza olan tələbat hər il artır.

Çində qaza olan tələbat 1990-cı illərin ortalarından kəskin şəkildə artır. 1995-ci ildə qaz istehlakı cəmi 17,7 milyard kubmetr təşkil edir. BP-nın məlumatına əsasən, 2009-cu ilin əvvəlində ölkədə qaz tələbatı artıq 80,7 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ildə istehlak edilən qazdan 15,8 faiz çoxdur. Çində qaza olan tələbatın payı 2008-ci ildə ümumdünya tələbatı səviyyəsinin 2,7 faizini təşkil edib.

Çində təsdiqlənmiş qaz ehtiyatları BP-nin məlumatına əsasən, 2,46 trilyon kubmetr təşkil edib. Ölkədə qaz hasilatı ötən il 76,1 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ilin qaz hasilatı həcmindən 9,6 faiz çoxdur.

Proqnozlara əsasən, Çində qaz tələbatı gələcəkdə də artacaq. Bəzi proqnozlara əsasən, iqtisadiyyatın artımı və sənayenin inkişafı nəticəsində 2010-cu ildə ölkədə qaz tələbatı 150 milyard kubmetrə kimi, 2010-ci ildə 280 milyard kubmetrə kimi artacaq.

Türkmənistan Çinə əsas qaz tədarükçüsü olmaq niyyətindədir. O, dekabr ayında ölkəyə Özbəkistan və Qazaxıstan üzərindən qaz tədarükünə başlamağı planlaşdırır. Çinə tədarük olunacaq Türkmənistan qazının ilkin həcmi ildə 13 milyard kubmetr təşkil edəcək.

Çinə mümkün qaz tədarükçülərindən biri də Rusiya ola bilər, lakin bu günə iki ölkə arasında qiymət məsələsi açıq qalır. Bir müddət əvvəl, güman edilirdi ki, Rusiya qazının Çinə ilk tədarükü 2011-ci ildə başlayacaq. 2006-cı ilin martında Qazpromla Çinin CNCP dövlət korporasiyası arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qazı Şərqi və Qərbi qaz kəmərləri ilə ildə 68 milyard kubmetr həcmində keçəcək. Bununla belə, hər iki tərəfin qiymətdə güzəştə getmək istəmədiyinə görə, Ruisya qazının Çinə planlaşdırılmış müddətə tədarükünün mümkünlüyü şübhə altındadır.

"Qazaxıstan-Çin" qaz kəməri (AGP) "Mərkəzi Asiya" qaz kəməri (CAGP) layihəsinin bir hissəsidir. CAGP təbii qazın üç respublika vasitəsilə nəqli üçün xüsusi sistemi nəzərdə tutur. Türkmənistanda yataqlardan Özbəkistan və Qazaxıstan vasitəsilə ÇXR-ə AGP 1067 mm diametrli, ümumi uzunluğu 1304,5 km olan iki paralel boru kəmərlərindən ibarət sistemi nəzərdə tutur. Qaz kəmərinin Qazaxıstan hissəsi başlanğıcını Özbəkistan-Qazaxıstan sərhədindən götürür, şərqə doğru 650 kilomter məsafədə uzanır və Qazaxcıstan-Çin sərhədində Horqosa rayonunda başa çatır.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Azərbaycan qazı əsas nəql istiqamətinin Avropa olmasına baxmayaraq, Asiyaya da tədarük edilə bilər. Onun sözlərinə görə, Çin qaza böyük tələbatı olan, onun alınması üçün bazarlar axtaran ölkədir.

"QazMunayQaz" rəhbəri Kairgəldi Kabıldinin sözlərinə görə, Azərbaycan üçün qazın Qazaxıstan ərazisindən keçməklə Çinə nəqli alternativ istiqamət ola bilər. Onun sözlərinə görə, Azərbaycan bu layihəyə maraq göstərib.

Qazaxıstan Azərbaycan qazı ilə "cvop" şərtlərilə işləməyin mümkünlüyünü istisna etmir.

"Azərbaycan qazını mübadilə edə bilərik. Aydındır ki, təbii halda Azərbaycan qazı boruya, Çinə gəlib çata bilməz, lakin onu bir qədər həcmdə Avropada mübadilə etmək imkanı var", - "QazMunayQaz"ın icraedici direktoru Daniyar Berlibayev deyib.

BP-nin məlumatıan görə, Azərbaycanın 2009-u il yanvarın 1-nə təsdiq olunmuş qaz ehtiyatı 1,2 trilyon kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti