...

"Nabukko" çərçivəsində ilk qaz müqavilələri 2010-cu ildə imzalanacaq - RWE

Energetika Materials 16 Oktyabr 2009 11:16 (UTC +04:00)

Bakı, Azərbaycan, 15 oktyabr / Trend , müxbir A.Bədəlova, E.İsmayılov/

"Nabukko" boru kəməri üçün şiperlər və Xəzər regionundan olan tədarükçü ölkələr arasında qaz tədarükü üzrə ilk müqavilələr 2010-cu ilin birinci yarısında imzalanacaq, Almaniyanın RWE Gas Midstream şirkətinin idarə rəisi Ceremi Ellis (Jeremy Ellis) belə güman edir.

"2010-cu ilin birinci yarısında başlayacaq Open season prosesi çərçivəsində Nabucco Gas Pipeline International boru kəmərinin nəqletmə gücünün yarısını təklif edəcək", - bu barədə Ellis cümə axşamı elektron poçtla Trend -a müsahibəsində bildirib.

Onun sözlərinə görə, qaz kəmərinin gücü diskriminasiyasız və şəffaf əsasda təklif ediləcək.

"Bu güclərin paylanması üzrə tələblər razılaşdırılıb və iyulun 13-də Ankarada imzalanan hökumətlərarası müqavilədə ifadə edilib", - "Nabukko" layihəsində 16,67 faiz pay hissəsi ilə iştirak edən RWE-nin nümayəndəsi bildirib.

Onun sözlərinə əsasən, RWE şirkəti müəyyən edilmiş şəkildə "Nabukko" ilə qaz nəql edəcək.

"RWE-nin "Nabukko"nun buraxılış gücünə çıxış səviyyəsi Open season prosesinin gedişindən və boru kəmərinin qaz ilə doldurulmasından asılı olacaq", - Ellis bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti