...

Sentyabrda ARDNŞ Azərbaycan əhalisinə təxminən 100 milyon kubmetr qaz tədarük edib

Energetika Materials 17 Oktyabr 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend /

Yanvar-sentyabr aylarında ARDNŞ Azərbaycan əhalisinə təxminən 325 milyon kubmetr qaz ötürb, bu barədə ARDNŞ-in məlumatında deyilir. Sentyabrda şirkət əhaliyə təxminən 101 milyon kubmetr qaz ötürüb.

Şirkətin sənaye müəssisələrinə təxminən 181 milyon kubmetr qaz göndərilib, sentyabrda bu göstərici təxminən 68 milyon kubmetr qaz təşkil edib.

Kommunal büdcə müəssisələrinə bu dövr ərzində təxminən 14,3 milyon kubmetr qaz ötürülüb. Sentyabrda bu göstərici təxminən beş milyon kubmetr təşkil edib.

Yanvar-sentyabr aylarında ARDNŞ-in digər müəssisələrinə təxminən 46,5 milyon kubmetr qaz göndərilib, bu göstərici sentyabr ayında 19 milyon kubmetr təşkil edib.

Əvvəlcə ölkə daxilində bütün qaz əməliyyatları "Azəriqaz" QSC tərəfindən həyata keçirilirdi. İyunda "Azəriqaz" QSC tərəfindən İB yenidən təşkil edilib və ARDNŞ-in təkibinə verilib.

Xəbər lenti

Xəbər lenti