...

ARDNŞ və BP ekologiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Energetika Materials 23 Oktyabr 2009 18:40 (UTC +04:00)
ARDNŞ və BP Azerbaijan ekologiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsindən cümə günü verilən məlumatda deyilir. Ekoloji məsələlər iki şirkətin nümayəndə heyətinin geniş görüşü çərçivəsində müzakirə olunub.
ARDNŞ və BP ekologiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 23 oktyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP Azerbaijan ekologiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsindən cümə günü verilən məlumatda deyilir. Ekoloji məsələlər iki şirkətin nümayəndə heyətinin geniş görüşü çərçivəsində müzakirə olunub.

Görüş zamanı emissiyaların azaldılması, əməkdaşlıq və ekoloji monitorinq sahəsində, tullantıların idarə olunması, elektron ekoloji kitabxana, ekoloji propoqanda və xəbərdarlıq məsələləri, həmçinin, ARDNŞ və BP Azerbaijan arasında ekoloji parkın yaradılması çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə BP Azerbaijan şirkətini vitse-prezident Qreq Metson və ekologiya məsələləri üzrə menecer Faiq Əsgərov, ARDNŞ-ni isə ekologiya məsələləri üzrə vitse-prezident Muxtar Babayev, şirkətin Ekologiya İdarəsinin rəhbəri Azər Əliyev, Ekologiya İdarəsi rəhbərinin ümumi məsələlər üzrə müavini Cəbrayıl Cəbrayılov, həmçinin "Azneft" İB-nin baş direktorunun ekologiya məsələləri üzrə müavini Faiq Cəfərov təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti