Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A. Bədəlov/
Ukraynada Kremençuk neft emal edən zavodda emal edilən Azərbaycanın yüngül neftinin həcmi oktyabr ayında 200 min ton təşkil edib, cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk mətbuat-konfransında deyib.
"Noyabr ayına rəsmi statistika yoxdur, lakin bu aya görə həcm 200 min tondan bir qədər çoxdur. Dekabr ayında da bu həcmdir", - Klimçuk deyib.
Səfirin sözlərinə görə, 18 il ərzində ilk dəfə olaraq bu il Ukraynanın dövlət statistikasına müvafiq olaraq Azərbaycanın xeyrinə 16 milyon dollarlıq müsbət saldo müşahidə olunub.
Azərbaycana ixrac 57,5 milyon dollar təşkil edib, Ukrayna isə öz növbəsində 73 milyon manatdan çox məhsul idxal edib.
Səfir cari il üçün 800 miyon dollarlıq mal dövriyyəsi proqnozlaşdırır.
"Əgər biz bundan sonra da Azərbaycan neftini alsaq, həcm 1 milyard dolları ötə bilər", - Klimçuk deyib.