...

Dekabrın 25-də Azərbaycan neftinin qiymətləri dəyişməz qalıb

Energetika Materials 28 Dekabr 2009 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir E.İsmayılov/

Dekabrın 25-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $76,32/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə dəyişməz qalıb. Buna səbəb Milad bayramı ilə əlaqədar ticarətin olmamasıdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25-də $75,12/barel təşkil edib.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 25-də $71,96/barel olub.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti dekabrın 23-də $74,32/barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti