...

Azərbaycan neftinin qiymətləri: 8-12 mart aralığının yekunları

Energetika Materials 15 Mart 2010 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir E.İsmayılov/

8-12 mart aralığında CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti $81,18 /barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $1,51 /barel çoxdur.

8-12 mart həftəsində AZERI LT-nin maksimum qiyməti $81,94 /barel, minimum isə $80,69/barel təşkil edib.

"Azeri Light"in API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14%-dir.

8-12 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti $76,03 /barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $0,87/barel yuxarıdır.

8-12 mart həftəsində URALS-ın maksimum qiyməti $76,65/barel, minimum isə $75,56/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 mart həftəsində "Brent Dated" növünün orta qiyməti $79,32/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $1,3/barel yuxarıdır.

Ötən həftə "Brent"in bir barelinin maksimum qiyməti $80,01/barel, minimum isə $78,88/barel təşkil edib.

"Brent Dated"in qatılığı API üzrə 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36%-dir

Xəbər lenti

Xəbər lenti