...

Energetika üzrə Avropa komissarı bu gün Bakıya gəlir

Energetika Materials 14 Aprel 2010 15:33 (UTC +04:00)
Energetika üzrə Avropa komissarı Günter Ottinger bu axşam Bakıya rəsmi səfərə gələcək. Avropa komissarının Bakıya birgünlük rəsmi səfərinin əsas məqsədi "Cənub dəhlizi" energetika layihəsinin reallaşdırılmasının müzakirəsidir.
Energetika üzrə Avropa komissarı bu gün Bakıya gəlir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Bədəlova/

Energetika üzrə Avropa komissarı Günter Ottinger bu axşam Bakıya rəsmi səfərə gələcək. Avropa komissarının Bakıya birgünlük rəsmi səfərinin əsas məqsədi "Cənub dəhlizi" energetika layihəsinin reallaşdırılmasının müzakirəsidir.

Avropa Komissiyasının Bakı ofisindən Trend-ə deyildiyi kimi, səfər çərçivəsində aprelin 15-də Ottingerin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbərliyi ilə görüşü baş tutacaq. Avropa komissarı öz səfərini bp şirkətinin Səngəçaldakı terminalına səfərlə başlayacaq.

Hazırda Avropa komissarı Aşqabadda səfərdədir.

Ottingerin çərşənbə günü Aşqabadda 1-ci Beynəlxalq Qaz Konqresində dediyi kimi, Xəzər dənizi və Qafqaz vasitəsilə Türkmənistandan qaz almaq variantı Aİ üçün çox vacibdir. Onun sözlərinə görə, "Nabucco" kəmərinin tikintisi Türkmənistana fayda gətirəcək və Avropa Komissiyası isə öz növbəsində, energetika resurslarının Aİ-yə ixrac edilməsi üçün ölkəyə təhlükəsiz və stabil şərait təqdim edir.

Bu gün səfər çərçivəsində Ottingerin Türkmənistan Prezidenti Qurbanqlulu Berdıməhəmmədovla görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti