...

Azərbaycan və Türkiyə qaz sazişi imzalayıblar (YENİLƏNİB)

Energetika Materials 7 İyun 2010 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız tərəfindən Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti və Türkiyə ərazisindən Azərbaycan qazının tranziti üzrə bəyannamə imzalanıb.
Azərbaycan və Türkiyə qaz sazişi imzalayıblar (YENİLƏNİB)

RED. əlav.: təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bazar ertəsi İstanbulda Azərbaycan və Türkiyə arasında qaz məsələləri paketi üzrə sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız tərəfindən Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti və Türkiyə ərazisindən Azərbaycan qazının tranziti üzrə bəyannamə imzalanıb.

Həmçinin ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev və "Botaş" (Türkiyənin Dövlət Boru Kəməri Şirkəti) şirkətinin baş meneceri Fazil Şenel Azərbaycan qazının satışı və tranzitinin şərtləri və mexanizmlərinə dair saziş imzalayıblar.

"Bu gün bizim şirkətlər və qardaş ölkələr arasında energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində daha bir tarixi addım atılıb. Bu gün imzalanmış sazişlər yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradacaq, bu layihələrin uğuru "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələrinin uğuru ilə müqayisə olunacaq", - sənədlərin imzalanmasından sonra ARDNŞ prezidenti bildirib.

Saziş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə Türkiyə üçün Azərbaycan qazının qiymətindəki dəyişikliyi, layihənin ikinci mərhələsi çərçivəsində qazın qiymətini, eləcə də Azərbaycan qazının Türkiyə ərazisindən tranzitini nəzərdə tutur.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti