...

SOCAR Energy Georgia beynəlxalq keyfiyyət sertifikatı alıb

Energetika Materials 8 İyun 2010 17:03 (UTC +04:00)
SGS beynəlxaql sertifikat şirkəti SOCAR Energy Georgia-nın törəmə müəssisəsi olan SOCAR Georgia Gas şirkətinə ISO-9001:2008 beynəlxalq keyfiyyət sertifikatı verib. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
SOCAR Energy Georgia beynəlxalq keyfiyyət sertifikatı alıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

SGS beynəlxaq sertifikat şirkəti SOCAR Energy Georgia-nın törəmə müəssisəsi olan SOCAR Georgia Gas şirkətinə ISO-9001:2008 beynəlxalq keyfiyyət sertifikatı verib. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir. SOCAR Energy Georgia Gürcüstan bazarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) maraqlarını təmsil edir.

Məlumata görə, bu sertifikat bütün dünyada etibarlılıq etalonunu qiymətləndirilir və qaz idxalı və distribusiyası sahəsində, eləcə də qazlaşdırma və qazpaylayıcı sistemlərin istismarı sahəsində keyfiyyət göstəricilərini əks etdirir.

SOCAR Georgia Gas Gürcüstanın qazlaşdırılmasında iştirak edən və bu sertifikata layiq görülən ilk şirkətdir.

2008-ci ilin noyabrında Azərbaycanla Gürcüstan arasında Gürcüstan bazarında 2009-cu ildən başlayaraq son beş il ərzində ARDNŞ-nin fəaliyyətini aktivləşdirmək imkanı yaradacaq saziş imzalanıb. Memoranduma görə, ARDNŞ layihənin reallaşdırılması üçün SOCAR Georgia Gas törəmə müəssisəsini yaradıb və Gürcüstan hökumətinin müəyyən etdiyi qaz istehlakçıları qruplarını (sosial qrupları) təmin edir.

SOCAR Energy Georgia ARDNŞ-nin törəmə şirkətidir və Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğul olur. Həmçinin şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satır. SOCAR Georgia şirkətinin həmtəsisçiləri bunlardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və Vano Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti