...

Avstriya Xəzər üzrə qaz müqavilələrinin imzalanacağına ümid edir – iqtisadiyyat naziri

Energetika Materials 24 İyun 2010 12:18 (UTC +04:00)
Avstriya Xəzər regionundan qaz alınması ilə bağlı müqavilələrin tezliklə imzalanacağına ümid edir. Bu da Aİ ölkələrinə enerjidaşıyıcıları mənbələrinin şaxələndirilməsinə imkan verir və bunun üçün "Cənub dəhlizi" çərçivəsində yeni boru kəmərlərinin tikintisi məsələləri diqqətlə öyrənilir.
Avstriya Xəzər üzrə qaz müqavilələrinin imzalanacağına ümid edir – iqtisadiyyat naziri

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Ü.Sadıqova/

Avstriya Xəzər regionundan qaz alınması ilə bağlı müqavilələrin tezliklə imzalanacağına ümid edir. Bu da Aİ ölkələrinə enerjidaşıyıcıları mənbələrinin şaxələndirilməsinə imkan verir və bunun üçün "Cənub dəhlizi" çərçivəsində yeni boru kəmərlərinin tikintisi məsələləri diqqətlə öyrənilir.

"Region Avropanın ehtiyacı olduğu qazla zəngindir. Və biz müqavilələrin tezliklə imzalanacağına ümid edirik", - Bakıda olan Avstriyanın iqtisadiyyat, idman və ailə məsələləri üzrə federal naziri Reynhnold Mitterlener (Raynhold Mitterlehner) Trend-ə bildirib.

Onun sözlərinə görə, Bakıya səfəri zamanı onun rəhbərlik etdiyi nümayəndə heyəti, səhiyyə, turizm, infrastrukturlar da daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

"Biz regionda nəhəng potensial görürük. Ən perspektivli sahə energetikadır", - nazir hesab edir.

Avstriyanın OMV şirkəti Xəzər regionundan və Mərkəzi Asiyadan Avropaya qaz nəqli üçün nəzərdə tutulmuş "Nabucco" qaz kəmərinin tikinti layihəsinin operatorudur.

"Ümid edirik ki, "Nabucco" layihəsinin perspektivləri üzrə danışıqlar tezliklə başa çatacaq", - Mitterlener deyib.

Nazirin sözlərinə görə, Avstriya yalnız real sektorla məhdudlaşmağı planlaşdırmır.

"Biz bərpa olunan mənbələr, eləcə də qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıyıq", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti