...

bp prezidenti Toni Heyvord Azərbaycana gəlib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 6 İyul 2010 13:05 (UTC +04:00)
bp prezidenti Toni Heyvord çərşənbə axşamı birgünlük işgüzar səfər çərçivəsində Azərbaycana gəlib, - "bp-Azerbaijan" şirkətindən verilən məlumatda deyilir.
bp prezidenti Toni Heyvord Azərbaycana gəlib (ƏLAVƏ OLUNUB)

Аzərbaycan, Bakı, 6 iyul /Trend/

RED: Təfərrüatlar ikinci abzasdan sonra əlavə olunub.

bp prezidenti Toni Heyvord çərşənbə axşamı birgünlük işgüzar səfər çərçivəsində Azərbaycana gəlib, - "bp-Azerbaijan" şirkətindən verilən məlumatda deyilir.

Səfər çərçivəsində Heyvordun ölkə rəhbərliyi, ARDNŞ (Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti) nümayəndələri ilə görüşləri planlaşdırılıb, danışıqlar çərçivəsində növbəti layihələrin gerçəkləşdirilməsinin müzakirəsi gözlənilir.

bp şirkəti Azərbaycanda böyük energetika layihələrinin həyata keçirilməsində iştirak edir. Həmçinin, bp "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda böyük "Şahdəniz" qaz kondensatı yatağının işlənib-hazırlanması layihəsinin operatoru hesab olunur (Azərbaycanın beynəlxalq əməliyyat şirkətinin operatoru).

Şirkət, həmçinin, "Bakı-Tbilisi-Ceyhan" (Azərbaycan neftinin böyük hissəsi bu kəmərlə dünya bazarına nəql olunur) və Bakı-Supsa neft kəmərlərinin operatorudur.

Xəbər lenti

Xəbər lenti