Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/
Yanvar-iyun aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması ilə məşğul olur) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) ötən ilin analoji dövründəki 4,4 milyard kilovat-saata yaxın elektrik enerjisinə qarşı, 4,2 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
2009-cu ildə "Bakıelektrikşəbəkə" "Azərenerji"dən 8,1 milyard kilovat-saata yaxın elektrik enerjisi almışdı.
Məlumatda deyilir ki, iyunda ASC maydakı 571,6 milyon kilovat-saat elektrik enerjisinə qarşı, 662,8 milyon kilovat-saat elektrik enerjisi alıb.
"Azərenerji" ASC (Azərbaycanda iri elektrik enerjisi istehsalçsı) tərəfindən göndərilən elektrik enerjisinə görə, "Bakıelektrikşəbəkə"nin ödənişlərinin həcmi yanvar-iyun aylarında, orta hesabla, 84,66 faiz təşkil edib. İyunda bu göstərici maydakı göstərici ilə eyni, yəni 93 faiz təşkil edib.
2009-cu ildə "Bakıelektrikşəbəkə"nin ödənişləri, orta hesabla, 84,44 faiz təşkil edib.