...

Avqustun sonunadək Rusiya İrana benzin tədarükünə başlayacaq - KİV

Energetika Materials 30 İyul 2010 15:36 (UTC +04:00)
Avqustun sonunadək Rusiyanın üç şirkəti - "Qazpromneft", "Rosneft" və "Tatneft" İrana benzin tədarükünə başlayacaq.
Avqustun sonunadək Rusiya İrana benzin tədarükünə başlayacaq - KİV

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Avqustun sonunadək Rusiyanın üç şirkəti - "Qazpromneft", "Rosneft" və "Tatneft" İrana benzin tədarükünə başlayacaq. Bu barədə FARS agentliyi Moskva Ticarət-Sənaye Palatasının İran üzrə komissiyasının rəhbəri və müasir İranın öyrənilməsi üzrə Moskva Mərkəzinin başçısı Rəcəb Səfərova istinadən yayıb.

Bu məsələ ilə bağlı danışıqlar artıq aparılıb.

Hazırda logistika, bank zəmanəti və qiymət məsələləri müzakirə edilir.

Səfərovun dediyi kimi, Rusiya əvvəllər də İrana benzin satıb, lakin bunu kiçik şirkətlər edib. Rusiya ilk dəfə olaraq İrana böyük şirkətlər vasitəsilə benzin satmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti