Тürkmənistan, Aşqabad, 25 avqust /Trend, müxbir H Həsənov/
BMT Türkmənistanın qlobal enerji təhlükəsizliyi, silahsızlaşdırma problemləri, Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizama salınması və digər məsələlərlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslərin aktuallığını tanıyır.
Türkmənistan hökuməti mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşündə BMT-nin iqtisadi və sosial məsələlər departamentinin məsləhətçisi Aleksey Tixamirov deyib.
Bütün bu təşəbbüslər millətlər tərəfindən böyük dəstək alıb.
Tixomirov, həmçinin, qeyd edib ki, BMT Baş Assambleyasının 65-ci sessiyasında müzakirə olunacaq Türkmənistanın mövqeyi bu gün artıq beynəlxalq arenada böyük maraq doğurur; belə ki, burada sülh sabitliyi, müasirliyin həyati əhəmiyyətli müxtəlif problemlərinə toxunulub.
"Sülhsevərlik, konstruktiv xarici siyasət kursuna meyilli Türkmənistan son illər BMT ilə əməkdaşlığın inkişafına xüsusi diqqət göstərir", - Türkmənistan Prezidenti vurğulayıb.