...

İran Azərbaycandan qaz alışını ildə 10 milyard kubmetrə qədər artıra bilər

Energetika Materials 3 Sentyabr 2010 11:49 (UTC +04:00)
İran və Azərbaycan arasında yeni qaz kəməri tikildikdən sonra alınan Azərbaycan qazının həcmi ildə 10 milyard kubmetrə qədər artacaq. Bu barədə Trend-ə cümə axşamı İranın Azərbaycandakı səfri Məhəmməd Bağır Bəhrami bildirib.
İran Azərbaycandan qaz alışını ildə 10 milyard kubmetrə qədər artıra bilər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranAzərbaycan arasında yeni qaz kəməri tikildikdən sonra alınan Azərbaycan qazının həcmi ildə 10 milyard kubmetrə qədər artacaq. Bu barədə Trend-ə cümə axşamı İranın Azərbaycandakı səfri Məhəmməd Bağır Bəhrami bildirib.

2010-2013-cü illər üçün Azərbaycanda qaz təsərrüfatının inkişafı üzrə xüsusi proqramın bəndlərindən biri uzunluğu 360 km olan Qalmaz-Astara yeni qaz kəmərinin tikintisidir. ARDNŞ mütəxəssisləri yeni qaz kəmərinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlayıblar.

Bəhraminin sözlərinə görə, bundan əvvəl İran və Azərbaycan arasında qaz alışı haqqında qısamüddətli müqavilə imzalanıb. Uzunmüddətli qaz sazişinin bağlanması üzrə işlər davam etdirilir.

"Biz beş milyard kubmetr qaz almaq istəyirik. ARDNŞ bu istiqamətdə artıq mövcud olan boru kəmərinin təkmilləşdirilməsi ilə məşğuldur", - Bəhrami qeyd edib. Hazırda Astarada qaz-kompressor stansiyasının genişləndirilməsi üzrə işlər aparılır.

Səfirin sözlərinə görə, İran-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub. Bu mərhələdə həm iqtisadi, həm də siyasi əlaqələr genişlənir. İqtisadi əlaqələrin genişləndirilməsi baxımından neft-qaz və enerji sahələrində qarşılıqlı münasibətlərin dərinləşdirilməsi diqqət mərkəzindədir.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən Qazı Məhəmməd-Bind-Biand qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edib. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetridir. Mövcud bir infrastruktur onun vasitəsilə böyük qaz həcmini nəql etməyə imkan vermir.

Yanvar ayının birinci yarısında ARDNŞ və NIGEC (İranın Milli Qaz İxracı Şirkəti) Bakıda Azərbaycan qazının İrana tədarükü haqqında qısamüddətli müqavilə imzalayıblar.

Cari ilin payızında Azərbaycan qazının tədarükü haqqında uzunmüddətli müqavilənin imzalanacağı güman edilir. İran ildə beş milyard kubmetrə qədər Azərbaycan qazını almağa hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti