Gürcüstan, Tbilisi, 29 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Türkiyədə Qara dəniz Atlantik Şurasının enerji və iqtisadiyyat forumu keçiriləcək. Gürcüstan hökumətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumda Gürcüstan hökumətinin nümayəndə heyətinə Baş nazir Nika Qilauri rəhbərlik edəcək.
Səfər çərçivəsində Qilauri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Çərşənbə günü türkiyəli iş adamları ilə görüş də nəzərdə tutulub. Görüşdə iki ölkə arasında ticari və iqtisadi münasibətlərin genişləndirilməsi məsələlərinə baxılacaq.