...

Yanvar-avqustda "Azərenerji" SC-nin paylayıcı elektrik şəbəkələri 4 milyard kVt/s-dan çox elektrik enerjisi istehlak edib

Energetika Materials 30 Sentyabr 2010 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Yanvar-avqust aylarında "Azərenerji" ASC-nin paylayıcı elektrik şəbəkələri (PEŞ) 4,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edib. Bu barədə SC-nin məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, səkkiz ay ərzində elektrik enerjisi istehlakına görə yığımlar 87 faiz təşkil edib ki, bu da ötən ilin göstəricisindən 6,1 faiz çoxdur.

Avqustda PEŞ-lərin elektrik enerjisi istehlakı 521,7 milyon kilovat-saata yaxın olub. Avqustda istehlak edilən elektrik enerjisinə görə ödənişlər 94 faizdən çox olub ki, bu da ötən ilin analoji dövründən 8,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti