...

Gürcüstan və ABŞ İraqa elektrik enerjisi ixracı məsələsini müzakirə edirlər

Energetika Materials 8 Oktyabr 2010 14:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan və ABŞ İraqa elektrik enerjisinin ixracı məsələsini müzakirə edirlər. Bu barədə cümə günü Vaşinqtonda ABŞ-ın Atlantik Şurasında Gürcüstanın Baş naziri Nika Gialuri deyib. Tranzit Türkiyə ərazisi vasitəsilə həyata keçiriləcək.

Gilaurinin sözlərinə görə, bu məsələ artıq ABŞ-ın energetika nazirinin müavini ilə müzakirə olunub.

"Bu müzakirə göstərir ki, Gürcüstan kiçik regional enerji mərkəzinə çevriləcək", - Gürcüstanın Baş naziri deyib.

Giluari qeyd edib ki, təklif olunmuş layihə ABŞ, İraq, Gürcüstan və Türkiyə üçün maraqlıdır.

"Ona gələcəkdə regionun digər ölkələri də qoşula bilərlər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti