...

Azərbaycanın maşınqayırma sahəsində avadanlıq istehsalçısı Özbəkistanın neftqaz sektoru üçün tədarükü genişləndirəcək

Energetika Materials 7 Noyabr 2010 11:24 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 7 noyabr  /Trend, xüsusi müxbir V.Javoronkova/

Azərbaycanın "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyəti (ASC) Özbəkistanın "Uzbeknefteqaz" Milli Holdinqi ilə neftqaz avadanlıqlarının tədarükü ilə bağlı razılığa gəlib. Bu barədə şənbə günü Trend-ə ASC-nin direktoru Eldar Ağayev deyib.

"Azərbaycanın Daşkənddə keçirilən Milli Sərgisi zamanı müqavilə bağlanması haqqında razılığa  gəlinib",- Ağayev deyib.

Onun sözlərinə görə, 3200 metr dərinlikdə qazma işləri aparmaq üçün qazma mobil qurğusu, həmçinin, fəvvarə armaturları, sürgü və digər avadanlıqların nəqli üzrə razılığa gəlinib.

"Sərgi bizə Özbəkistan bazarında məhsullarımızı təqdim etməyə imkan verib. "Azneftkimyamaş"müəssisəsi bundan əvvəl də Özbəkistan istehlakçıları ilə əməkdaşlıq etsələr də, sərgi bu münasibətlərin yeni səviyyəyə qalxmasına imkan yaradır. Özbəkistan bazarı ASC üçün çox maraqlı və cəlbedicidir", - Ağayev deyib.

"Daşkənddə sərgidə "Azneftkimyamaş" müəssisəsinin təqdim etdiyi bütün avadanlıqlar Özbəkistan neftqaz sektorunun nümayəndələri tərəfindən alınıb", - Ağayev deyib.

Bu günə Azərbaycanın neft maşınqayırma sahəsində ən böyük istehsalçısının balansında 18 törəmə müəssisə (14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-tikinti institutu var.

"Azneftkimyamaş" ASC 22 mart 2001-ci ildən respublika prezidentinin sərəncamı ilə "Azneftkimyamaş" Dövlət Komitəsinin bazasında yaradılıb.

"Uzbekneftqaz" milli holding şirkətinin sturkturuna "Uzgeoburneftqaz", "Uzneftqazhasilatı", "Uznefteprodukt","Uztransqaz", "Uzneftqazstroyinvest" və "Uzneftqazmash" səhmdar cəmiyyətləri daxildir.

Xəbər lenti

Xəbər lenti