...

"Sumqayıt yüksəkgərginlikli elektrik şəbəkəsi" MMC qeydiyyatdan keçib

Energetika Materials 8 Dekabr 2010 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "Sumqayıt yüksəkgərginlikli elektrik şəbəkəsi" MMC qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin "bir pəncərə" bölməsində deyilir.

MMC-nin təsisçisi "Azərenerji" ASC-dir. Rəsmi nümayəndə Xəndan Əhmədovdur. MMC 2 673 520 manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Buna kimi Sumqayıtın paylayıcı şəbəkəsi "Sumqayıtelektrikşəbəkə" SC-nin səlahiyyətində olub. Sonradan o, "Azərenerji" SC-nin balansına verilib.

Müəssisə cari il noyabrın 25-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti