...

ARDNŞ yazda bir neçə yanacaqdoldurma məntəqəsi açacaq

Energetika Materials 27 Dekabr 2010 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin sonuna SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı orta hesabla 20 ədəd təşkil edəcək. Bu barədə bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Hazırda Bakı şəhərində SOCAR brendi ilə yanacaqdoldurma məntəqələrinin sayı 6 ədəddir.

Onun sözlərinə görə, martda şirkət daha 7 yanacaqdoldurma məntəqəsini istismara verməyi planlaşdırır, 2011-ci ilin sonuna isə daha 5 yanacaqdoldurma məntəqəsi işə başlayacaq.

Ümumilikdə ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır. Stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə böyük diqqət ayrılır. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 50-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti