...

Ceyhan terminalından neftin yüklənmə həcmləri artır

Energetika Materials 17 Yanvar 2011 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

Yanvarın 17-nə olan məlumata əsasən, 2006-cı il iyunun 2-dən bu günə qədər "BOTAŞ International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan 1,1 milyard ton neft yüklənib. Bu barədə BIL-in rəsmi internet saytında verilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Yanvarın 17-nə olan məlumatda deyildiyi kimi, Ceyhandan 1404 tanker neftlə yüklənib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti