Azərbaycan, Bakı, 4 fevral/Trend/
ARDNŞ-in Ekologiya İdarəsi və "Təmiz şəhər" ASC ARDNŞ-ə məxsus mədən ərazilərində məişət tullantıları ilə çirkləndirilən qeyri-qanuni tullantı poliqonlarının müəyyənləşdirilməsi məqsədilə işçi qrup yaradıblar. Bu barədə ARDNŞ-in cümə günü yaydığı məlumatda deyilir.
Nəzərdə tutulub ki, yaradılan işçi qrup mütəmadi olaraq reydlər keçirərək müşahidələr aparması və mədən ərazilərində qanunsuz olaraq yaradılmış məişət tullantıları poliqonlarının ləğv edilməsi ilə əlaqədar müvafiq təkliflər hazırlasın.
Tərəflər arasında əldə edilən razılığa əsasən, Ekologiya İdarəsi ilə ASC-nin istehsalat tullantılarının toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi sahəsində əməkdaşlığı davam etdiriləcək.