...

Türkiyə bu il 6 milyard kubmetrdən çox Azərbaycan qazı alacaq

Energetika Materials 26 Fevral 2011 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.İsmayılov/

Proqnozlara görə, bu il Türkiyə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından 6,2 milyard kubmetr qaz alacaq. Bu barədə Trend-ə şənbə günü neft-qaz bazarındakı mənbə bildirib.

"Bu il Türkiyəyə 6,2 milyard kubmetr qaz satılacağı proqnozlaşdırılır", - mənbə deyib.

Hazırda Türkiyəyə sutkada 18 milyon kubmetr qaz satılır.

"Şahdəniz" yatağından hasil olunan qaz hazırda Gürcüstan və Türkiyəyə nəql olunur, həmçinin onun bir hissəsini layihə çərçivəsində Azərbaycan alır.

Müqaviləyə uyğun olaraq, Türkiyə "Şahdəniz" layihəsinin (yatağın ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir) işlənməsinin birinci mərhələsi çərçivəsində ildə 6,6 milyard kubmetr qaz almalıdır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti