...

"Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçir

Energetika Materials 18 Mart 2011 15:43 (UTC +04:00)
"Azərenerji" SC-nin bütün regional enerji təchizatı müəssisələri Novruz bayramı günlərində, 19-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.
"Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) bütün regional enerji təchizatı müəssisələri Novruz bayramı günlərində, 19-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü SC-nin məlumatında deyilir.

Məlumata görə, növbətçi və qəza-bərpa briqadaları bayram günlərində işləyəcək. Həmçinin, bu günlərdə elektrik enerjisinə artan tələbatın, eləcə də fasiləsiz işin təmin olunması məqsədilə elektrikötürücü xətlərdə və yarımstansiyalarda plandankənar yoxlamalar aparılır.

Yuxarıda sadalanan bütün işlər SC-nin hazırladığı müvafiq tədbirlər planında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti