...

ARDNŞ İkinci Türkmənistan Qaz Konqresində iştirak edib

Energetika Materials 28 May 2011 00:03 (UTC +04:00)
Mayın 25-26-da Türkmənbaşı şəhərində 2-ci Türkmənistan Beynəlxalq Qaz Konqresi keçirilmişdir. Konqres regional və beynəlxalq ictimaiyyətin Türkmənistan qaz sektorunun cari vəziyyəti, inkişaf perspektivləri və sərmayə imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.
ARDNŞ İkinci Türkmənistan Qaz Konqresində iştirak edib

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 25-26-da Türkmənbaşı şəhərində 2-ci Türkmənistan Beynəlxalq Qaz Konqresi keçirilmişdir. Konqres regional və beynəlxalq ictimaiyyətin Türkmənistan qaz sektorunun cari vəziyyəti, inkişaf perspektivləri və sərmayə imkanları barədə məlumatlandırılması məqsədi daşıyır. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Bu nüfuzlu beynəlxalq tədbirdə Türkmənistanın karbohidrogen ehtiyatlarının tədqiqi, işlənilməsi, hasilatı, emalı, neft-qaz sektorunun modernizasiyası, bu sektorda yeni texnologiyaların tətbiqi, yeni boru kəmərlərinin inşası və mövcud infrastrukturun təkmilləşdirilməsi məsələləri müzakirə edilir.

Avropa Komissiyasının, Enerji Xartiyası Katibliyinin, ABŞ, Rusiya, Koreya, Əfqanıstan, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri hökumətlərinin rəsmi şəxslərinin, eləcə də beynəlxalq neft-qaz şirkətləri nümayəndələrinin iştirak etdiyi Konqresdə Azərbaycan ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin başçılığı etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Konqres çərçivəsində ARDNŞ təmsilçiləri bir sıra görüşlər keçirmişlər.

Mayın 25-də R.Hüseynzadənin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Baymurat Hojamuhammedovla görüşü olmuşdur. Danışıqlarda Xəzər dənizi regionunda neft-qaz əməliyyatlarının aparılması, boru kəmərlərinin ekoloji təhlükəsizliyi və Xəzər dənizinin ətraf mühitinin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri haqda fikir mübadiləsi aparılmışdır.

Həmin gün R.Hüseynzadə Türkmənistanın Neft-qaz sənayesi və mineral resurslar naziri Bayramgəldi Nadirov, "Türkmənneft" Milli Neft Şirkətinin sədri Annaqulu Deryayev və digər rəsmi şəxslərlə də görüşlər keçirmişdir.

Türkmənistan təmsilçiləri Azərbaycanla, o cümlədən, ARDNŞ ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsində və dərinləşdirilməsində maraqlı olduqlarını, bunun təzahürü kimi "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2011" 18-ci Beynəlxalq sərgi-konfransında iştirak edəcəklərini bildirmişlər. Mayın 26-da ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə konqresdə məruzə ilə çıxış etmişdir. O, Şirkət rəhbərliyinin təbrikini Konqres iştirakçılarına çatdırmış, Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları, qazanılan zəngin təcrübə, habelə tətbiq olunan mütərəqqi texniki vasitələr və texnologiyalar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

ARDNŞ-nin dünyanın müxtəlif regionlarında həyata keçirdiyi investisiya layihələri, enerji daşıyıcılarının diversifikasiya olunmuş nəql sistemi, bu sahədə gələcəkdə planlaşdırılan tədbirlər də məruzədə geniş yer almışdır.

Xəbər lenti

Xəbər lenti