...

Azərbaycan səmt qazının utilizasiyası üzrə təcrübəsini Avropa və Asiya ölkələri ilə bölüşür

Energetika Materials 17 İyun 2011 12:27 (UTC +04:00)
Bu gün Bakıda ARDNŞ və Dünya Bankının "Səmt Qazının yandırılmasının azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) qurumunun təşkilatçılığı ilə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Avropa və Mərkəzi Asiya ölkələri mütəxəssislərinin iştirakı ilə konfrans işə başlayıb.
Azərbaycan səmt qazının utilizasiyası üzrə təcrübəsini Avropa və Asiya ölkələri ilə bölüşür

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Bədəlova/

Bu gün Bakıda ARDNŞ və Dünya Bankının "Səmt Qazının yandırılmasının azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) qurumunun təşkilatçılığı ilə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Avropa və Mərkəzi Asiya ölkələri mütəxəssislərinin iştirakı ilə konfrans işə başlayıb.

Konfrans iştirakçılarına ARDNŞ prezidenti Rövnəq Abdullayevin məktubu oxunub. Məktubda qeyd edilib ki, son illər ekoloji problemlərin həlli Azərbaycan üçün prioritetə çevrilib. Ötən il respublikada "Ekologiya ili" elan edilmişdi. Bu proses çərçivəsində çoxlu sayda tədbirlər uğurla həyata keçirilib.

Abdullayev qeyd edib ki, atmosferə səmt qazının tullantılarının buraxılması xeyli azalıb. Bu göstərici 2010-cu ildə 578,6 milyon kubmetrdən 298,3 milyon kubmetrədək azalıb.

Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouenin sözlərinə görə, bu gün dünyanın bütün ölkələri bərpa onunan və alternativ enerji mənbələri arasında tarazlıq yaratmalıdır.

"Yüngül neftin dövranı keçdi. Davamlı enerji tarazlığı istiqamətində hərəkət etmək, bərpa olunan və bərpa olunmayan enerji mənbələri arasında tarazlıq yaratmaq lazımdır", - Ouen qeyd edib.

Onun sözlərinə görə, hazırda ARDNŞ səmt qazının utilizasiyası üzrə proqramı uğurla həyata keçirir. DB-nin nümayəndəsi qeyd edib ki, dünyada analoji proseslərin uğur qazanması üçün dövlətlərin fəal rol oynaması lazımdır.

"Bu halda qazın utilizasiyasının yeni texnologiyaları kommersiya əsasına malik olmalıdır", - o vurğulayıb.

Hazırda ARDNŞ səmt qazının həcminin azaldılması və onun utilizasiyası üzrə xeyli iş görür. Xüsusilə, "Günəşli" yatağında kompressor stansiyasının tikintisi başa çatmaq üzrədir. O, aşağı təzyiqli qazı yığmağa, onu sıxmağa və milli qaz nəqli sisteminə nəql etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti