...

"Nabukko" ОВОСС üzrə birinci icazəni alıb

Energetika Materials 23 İyul 2011 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Bədəlova/

"Nabukko" layihəsi konsorsiumu ətraf və sosial mühitə təsirin qiymətləndirilməsinin aparılması üzrə (ОВОСС) birinci icazəni alıb. Bu barədə "Nabukko" layihəsinin kommunikasiyalar üzrə eksperti Qabriel Eqartner (Gabriele Egartner) elektron poçtla Trend-ə məlumat verib.

"Bir sıra ölkələrdə artıq ОВОСС üzrə birinci icazələr alınıb. ОВОСС üzrə icazələrin alınması mərhələsinin yaxın vaxtlarda başa çatacağı gözlənilir", - Eqartner deyib. O, məhz hansı ölkələrdən icazələrin alındığını dəqiqləşdirməyib.

Onun sözlərinə görə, "Nabukko" layihəsinin beş tranzit ölkəsində (Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə) ОВОСС üzrə ilkin məruzələrin təqdimatı prosesi uğurla başa çatıb. Eqartnerin sözlərinə görə, hazırda ОВОСС-un sənədləşdirilməsinə hazırlıq gedir.

"ОВОСС bir sıra ölkələrdə Nabukko layihəsinin tikintisi üzrə icazənin alınması üçün ilkin şərtdir - ona dair ərizə ОВОСС üzrə icazənin alınmasından dərhal sonra veriləcək", - Eqartner deyib.

Bu həftəyə Nabukko layihəsi üçün ОВОСС üzrə yeni məsləhətçi İtaliyanın D'Appolonia S.p.A. şirkəti təyin edilib. O, Nabucco Gas Pipeline Intrenational və beynəlxalq maliyyə institutlarının standart və tələblərinin razılaşdırılmasının təmni olunması, habelə ОВОСС üçün lazım olan bütün sənədlərin hazırlanması ilə məşğul olacaq.

"Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölklərinə tədarükünü nəzərdə tutur.Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Boru kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Uzunluğu 3900 kilometr olan kəmərin illik gücü 31 milyard kubmetrdir.

Xəbər lenti

Xəbər lenti