...

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcək

Energetika Materials 2 Sentyabr 2011 15:13 (UTC +04:00)
Enerji statistikası üzrə beynəlxalq tövsiyələrin əməli tətbiqi imkanlarının müzakirəsi məqsədilə 27-30 sentyabrda Bakıda enerji statistikası üzrə beynəlxalq regional seminar keçiriləcək.
Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Enerji statistikası üzrə beynəlxalq tövsiyələrin əməli tətbiqi imkanlarının müzakirəsi məqsədilə 27-30 sentyabrda Bakıda enerji statistikası üzrə beynəlxalq regional seminar keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Seminar BMT-nin Statistika şöbəsi tərəfindən təşkil olunur.

Bu tövsiyələr Statistika Komissiyasının bu ilin fevralında keçirilən 42-ci sessiyasında qəbul edilib. Seminarda hazırlanan enerji statistikasının aparılmasına dair vəsait də müzakirə olunacaq.

Bununla bərabər, seminarda enerji statstikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institutisonal tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının tərtibi, enerji hesabının qurulması, enerji göstəriciləri, məlumatların keyfiyyəti və metaməlumatlar, məlumatların yayılması və s. mövzular üzrə çıxışlar və ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılacaqdır.

Seminarda BMT, Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla beynəlxalq təşkilatlardan və xarici ölkələrdən 30-a yaxın nümayəndənin iştirakı və çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti