...

ARDNŞ "Günəşli" yatağında bəzi layihələri başa çatdırır

Energetika Materials 3 Sentyabr 2011 13:23 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" (dayaz hissə) və "Neft Daşları" yataqlarında lay sularının toplanması, təmizlənməsi və utilizasiyası üzrə sistemin təşkili prosesini başa çatdırır.
ARDNŞ "Günəşli" yatağında bəzi layihələri başa çatdırır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Günəşli" (dayaz hissə) və "Neft Daşları" yataqlarında lay sularının toplanması, təmizlənməsi və utilizasiyası üzrə sistemin təşkili prosesini başa çatdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.

"Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Layihə çərçivəsində əsasən lay sularının tam qapalı formada idarə olunması və onların yenidən laylara vurulmasını nəzərdə tutan sistemin yaradılması nəzərdə tutulur", - məlumatda bildirilir.

Sistemin yaradılması üzrə işlər "Günəşli-4" platformasında aparılır.

Həmçinin "Günəşli" yatağında lay təzyiqinin sabit səviyyəsinin saxlanması üçün "Günəşli-4" platformasında qaz-lift sisteminin yerləşdirilməsi məqsədilə onun genişləndirilməsi işləri görülür.

Hazırda platformada gücü sutkada dörd milyon kubmetr qaz olan kompressor stansiyasında sınaq-sazlama işləri aparılır. Stansiyanın istismara verilməsindən sonra yataqda yaranan aşağı təzyiqli qazın tam toplanması mümkün olacaq ki, nəticədə onun atmosferə atılmasının qarşısı alınacaq.

Atmosferə atılan səmt qazlarının həcmi ildə 150-250 milyon kubmetr arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti