...

"Statoil" Azərbaycandakı layihələrdə iştirakını genişləndirmək niyyətindədir

Energetika Materials 4 Oktyabr 2011 19:15 (UTC +04:00)
"Statoil" şirkəti Azərbaycanda yeni kəşf olunan qaz yataqlarında hasilat işlərinin aparılmasında və ümumiyyətlə, yeni yataqların kəşfində yaxından iştirak etməkdə maraqlıdır.
"Statoil" Azərbaycandakı layihələrdə iştirakını genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Statoil" şirkəti Azərbaycanda yeni kəşf olunan qaz yataqlarında hasilat işlərinin aparılmasında və ümumiyyətlə, yeni yataqların kəşfində yaxından iştirak etməkdə maraqlıdır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Sənaye və Energetika Nazirliyindən məlumat verilib.

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Statoil" şirkətinin nümayəndə heyətini - şirkətin icraçı baş prezidenti Peter Melbi, vitse-prezidenti Torqeyr Kidland və "Statoil Azerbaijan" şirkətinin prezidenti Lars Troen Sorensi qəbul edib.

Şirkət rəsmiləri qeyd ediblər ki, "Statoil" Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.

Bundan başqa, görüşdə Avropaya qazın nəqli, Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

Norveçin "Statoil" şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli" neft-qaz və "Şahdəniz" qaz-kondensat yataqlarının işlənməsi kimi iri layihələrin iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti