Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir S.Əliyev/
ВР (Azərbaycanda "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsinin operatoru) Xəzər dənizində üç hasilat platformasının planlı texniki xidmət proqramı çərçivəsində "Şərqi Azəri" platformasında işləri dayandırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən məlumat verilib.
Plana uyğun olaraq, üç platformada - "Şərqi Azəri", "Qərbi Azəri" və "Mərkəzi Azəri"də işlər səmərəli texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə planlı ardıcıllıqla dayandırılacaq.
Şirkətdən qeyd edildiyi kimi, hər üç platformanın eyni vaxtda dayandırılması nəzərdə tutulmur. Platformalardan birində iş görülən zaman Azəri yatağında yerləşən digər iki platformada hasilat davam etdiriləcək. Bu, gündəlik texniki xidmət proqramıdır və o, normal işin bir hissəsidir.
Təmir-istismar işlərinə bir il bundan əvvəl başlanılıb və onlar illik iş proqramına və büdcəyə daxildir.
Azəri yatağındakı texniki xidmət proqramına ümumi mexaniki, instrumental və digər işlər daxildir. Platforma 11-15 günlüyə planlı ardıcıllıqla bağlanacaq. Proqrama təxminən oktyabrın 20-də başlanması planlaşdırılır.
ВР-nin idarəçiliyi altında olan digər platformalarda - Çıraq, Dərinsulu Günəşli (hər ikisi AÇG-nin bir hissəsidir) və Şahdənizdə hasilat, eləcə də Cənubi Qafqaz qaz kəmərində (Bakı-Tbilisi-Ərzurum) və Bakı-Supsa nefegt kəmərində ixrac əməliyyatları adi rejimdə davam edəcək.
BTC boru kəməri və Səngəçal terminalı ştat rejimdə işləməyi davam etdirəcək və AÇG və Şahdənizdə davam etdirilməkdə olan istehsalat proseslərini əlaqələndirəcək. Ceyhandan yüklənmələr də Azəri yatağındakı platformaların dayanması və planlı texniki xidmətlə əlaqədar həcmlərin azalmasını əks etdirən qrafikə uyğun həyat keçiriləcək.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).