...

"Azersun Holding" yeni enerji şirkətini qeydiyyatdan keçirib

Energetika Materials 3 Noyabr 2011 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Vergilər Nazirliyində yeni enerji şirkəti - "Muğan Energy" MMC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Şirkətin təsisçisi "Azersun Holding" şirkətlər qrupudur. MMC-nin rəsmi nümayəndəsi Akif Əsgərovdur. Şirkət 2011-ci il oktyabrın 10-da qeydiyyatdan keçirib.

Yeni MMC-nin nizamnamə kapitalı 10 min manat təşkil edir.

"Azersun Holding" 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət dairəsinə çayın emalı və qablaşdırılması, bitki yağları, distribüterlik və ticarət, tikinti, bank işi, sığorta, kağız-karton məmulatlarının istehsalı, ət və tərəvəz konservləri, yüklərin daşınması, saxlanması və s. aiddir.

Xəbər lenti

Xəbər lenti